Etibarlı hüquqi müdafiə, preventiv yanaşma
Kredo Hüquq fiziki və hüquqi şəxslərə peşəkar hüquqi xidmətlər göstərən, müştərilərinin hüquqlarının etibarlı müdafiəsini və hüquqi risklərinin minimuma endirilməsini əsas fəaliyyət prinsipi kimi qəbul edən hüquq şirkətidir.
Biz inanırıq ki, düzgün hüquqi həll yalnız yaranmış problemi aradan qaldırmaq deyil, həm də gələcəkdə yarana biləcək risklərin qarşısını almaqdır. Bu səbəbdən fəaliyyətimizi preventiv hüquqi yanaşma, peşəkar hüquqi müşayiət və nəticəyönümlü xidmət prinsipləri üzərində qururuq.
Komandamız korporativ hüquq, kommersiya hüququ, mülki hüquq, əmək hüququ, vergi hüququ, müqavilə hüququ, məhkəmə mübahisələri və icra icraatı sahələrində praktiki təcrübəyə malik hüquqşünaslardan ibarətdir. Müxtəlif biznes sahələrində fəaliyyət göstərən şirkətlərə, sahibkarlara və vətəndaşlara hüquqi məsələlərin həllində peşəkar dəstək göstəririk.
Kredo Hüquq hər bir müştərinin ehtiyacını fərdi qiymətləndirir və hüquqi məsələlərə standart deyil, konkret vəziyyətə uyğun yanaşır. Məqsədimiz yalnız hüquqi xidmət göstərmək deyil, müştərilərimiz üçün etibarlı hüquqi tərəfdaş olmaq, onların maraqlarını qorumaq və fəaliyyətlərini hüquqi baxımdan təhlükəsiz şəkildə inkişaf etdirmələrinə dəstək verməkdir.
Fəaliyyətimiz peşəkarlıq, dürüstlük, operativlik, məxfilik və məsuliyyət prinsiplərinə əsaslanır. Biz hər bir müraciətə eyni diqqət və məsuliyyətlə yanaşır, göstərdiyimiz xidmətin keyfiyyətini uzunmüddətli etimadın əsas şərti hesab edirik.
Fəaliyyətimizin əsasında duran prinsiplər
Peşəkarlıq
Hər sahə üzrə praktiki təcrübəyə malik hüquqşünaslardan ibarət komanda.
Dürüstlük
Müştəri ilə şəffaf, açıq və etibara əsaslanan əməkdaşlıq.
Operativlik
Hüquqi məsələlərin vaxtında və sürətli həlli.
Məxfilik
Müştəri məlumatlarının tam məxfiliyinin qorunması.
Məsuliyyət
Göstərilən xidmətin keyfiyyətinə uzunmüddətli etimadın əsas şərti kimi yanaşma.
Bizimlə əməkdaşlığa hazırsınız?
Hüquqi ehtiyaclarınızı bizimlə bölüşün, ən uyğun həlli birlikdə tapaq.
Bütün əlaqə məlumatları