Borcların Məhkəməyədək və Məhkəmə Qaydasında Bərpası
Gecikmiş borcların qaydasında bərpası üçün pretenziya prosesindən məhkəmə təqibinə qədər əhatəli hüquqi xidmət göstəririk.
Gecikmiş borcların vaxtında bərpası kreditorların maliyyə sabitliyinin qorunması üçün mühüm əhəmiyyət kəsb edir. Kredo Hüquq borclulara qarşı məhkəməyədək təqib prosesini — xəbərdarlıq məktublarının hazırlanması və göndərilməsi, SMS bildirişləri və telefon zəngləri vasitəsilə borcluların məlumatlandırılması — peşəkar şəkildə həyata keçirir.
Məhkəməyədək tədbirlər nəticə vermədiyi halda, borcun məhkəmə qaydasında bərpası üzrə tam hüquqi müşayiət göstərir, iddia ərizələrinin hazırlanmasından məhkəmə prosesinin sona qədər aparılmasına qədər müştərilərimizin maraqlarını təmsil edirik.
Borcların Məhkəməyədək və Məhkəmə Qaydasında Bərpası xidmətinə daxildir
- Borclulara xəbərdarlıq məktublarının hazırlanması və göndərilməsi
- SMS bildirişləri vasitəsilə borcluların məlumatlandırılması
- Telefon zəngləri ilə borc təqibi
- Məhkəməyədək danışıqların aparılması
- Borcun məhkəmə qaydasında bərpası üzrə tam hüquqi müşayiət
Bu sahədə əməkdaşlığa hazırsınız?
Vəziyyətinizi bizimlə bölüşün, ən qısa zamanda sizinlə əlaqə saxlayaq.
Bütün əlaqə məlumatları